Modern.az

Nazirlər Kabinetindən maskaların qiyməti ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən maskaların qiyməti ilə bağlı AÇIQLAMA

Aktual

8 Aprel 2020, 18:01

“Azərbaycanın istehsal etdiyi maskaların qiyməti bazar iqtisadiyyatına uyğun tənzimlənir”. 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

O deyib ki, maska istehsalı başlananda qiymətlər optimal həddə qalacaq:

“Qiyməti tənzimləmənin ən yaxşı yolu istehsalı artırmaqdır. Bizim 5 milyon maska ehtiyatımız var və gün ərzində apteklərə 450 min maska paylanılır. Bu da qiymətlərə təsir edəcək. Amma karantin rejimi insanları evdə qalmağa çağırır. Belə olarsa, maskaya və tibbi spirtə də ehtiyac qalmaz”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi