Modern.az

Azərbaycanın başladığı sosial hakaton 35 ölkəni əhatə etdi

Azərbaycanın başladığı sosial hakaton 35 ölkəni əhatə etdi

9 Aprel 2020, 13:15

Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün elan etdiyi virtual hakatona dünyanın 35 ölkəsindən 400 iştirakçı qoşulub.

Modern.az-ın məlumatına görə, qeydiyyatdan keçənlər arasında Birləşmiş Krallıq, Almaniya, Hindistan, Qazaxıstan, Avstraliya, Braziliya, Misir, Nigeriya kimi ölkələr yer alır.

Hakaton pandemiyaya qarşı mübarizəni tezləşdirmək, zərərlərini azaltmaq və aradan qaldırmaq məqsədilə texnoloji ideyaları qəbul edib, onların seçilənlərini həyata keçirmək üçün təşkil edilir. Aprelin 9-u ideyaların qəbulu başa çatacaq və aprelin 12-dək qiymətləndirmə aparılacaq.  Bu günədək qeydiyyatdan keçənlər arasında Birləşmiş Krallıq, Almaniya, Hindistan, Qazaxıstan, Avstraliya, Braziliya, Misir, Nigeriya kimi ölkələrdən müraciət edənlər var.

İdeyaların təkmilləşdirilməsi üçün iştirakçılara  2 gün veriləcək.   İrəli sürülən  həll yolları online formada yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək.
İdeyaların qiymətləndirilməsi  zamanı üstünlük daha tez həyata keçirilə biləcək ideyalara veriləcək.

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən virtual hakatonu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP startap akseleratoru təşkil edir. COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən virtual hakatona  dəstək verən partnyorlardan biri SOCAR AQS-dir. Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.

Hakatonda iştirak etmək üçün www.hackcov19.com saytında qeydiyatdan keçmək və komanda, ideya və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqqında məlumatı təqdim etmək lazımdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi