Arxiv
25 Aprel 2012, 16:34 | AKTUAL
Çempion Elmar Qasımov: «Toy günümdə dörd rəqibimin kürəyini yerə vurdum”

Yəqin ki, 100 kiloqram çəki dərəcəsində Avropa çempionu olmuş biriylə «Mübahisə» eləmək, içindəki doğru bildiklərini ona söyləməyin nə olduğunu anlayırsınız. Amma həmsöhbətin səmimidirsə, deməli «Mübahisə»yə dəyər. Beləliklə, rubrikamızın dördüncü qonağı İrəvanda keçirilmiş cüdo üzrə Avropa çempionatının qalibi olmuş və bundan sonra qısa müddət ərzində böyük populyarlıq qazanmış Elmar Qasımovdur.  

- Gəl, bir müddət əvvəl sənin haqqında dolaşan şayiəyə aydınlıq gətirməkdən başlayaq. Bildirilirdi ki, toyun olan gün yarışa çıxmısan. Belə bir şey olmuşdu?  

- Bəli. 2011-ci ilin mart ayının 6-da mənim toyum olub. Həmin gün tələbələr arasında yarış keçirilirdi. Mən də Dövlət İqtisd Universitetinin tələbəsiydim. İnstitutdan çağırmışdılar, getdim  və bir gündə dörd görüş keçirdim, hamısında qələbə qazanıb  qalib oldum. Bir sözlə, toyum olan gün yarışa çıxdım və dörd rəqibimin hamısına qalib gəldim.  

- Həmin gün yarış saat neçədə bitdi?
 

- Dəqiq yadımda deyil. Amma tez qurtardı.  

- Hansı güləş məktəbini təmsil edirsən?
 

- «Atilla» idman klubunun yetirməsiyəm. Amma əslən Lerikdənəm.  

- Razılaşırsan ki, son illər karyeranda eniş başlayıb?  

- Razılaşıram.  

- Səbəb nədir?  

- ….Özüm də məşq eləmirəm. Yarışlardan sonra da yorğunluq var idi məndə. Həm də Avropa Çempionatından sonra keçirilən təlim-məşq toplanışında ayağım əzildi, bir ay evdə oturdum, məşq eləmədim. Həmin zədə də məni geri saldı. 

- İndi məşq eləyirsən?   

- Hə, indi yaxşı məşq eləyirəm. Ondan sonra məşqlərə başladım.  

- Yenə yığmaya dəvət alırsan?
 

- Bəli, hər yarışda, təlim-məşq toplanışında yığmanın heyətindəyəm.  

- İndi deyəcəyim fikir təbii ki, mənim şəxsi qənaətimdir. İrəvandakı Avropa çempionatında çempion olandan sonra qısa gödəkçədə, medallarla ayrı-ayrı jurnallar üçün şəkillər çəkdirmişdin, fotosessiyalar eləmişdin. Səncə bunlar tez deyildi? Məsələn, daha bir neçə uğur qazanandan sonra belə eləyə bilməzdinmi?
 

-  Onun nə dəxli var ki? 

- Adətən tez uğur qazanan idmançılarda «ulduzluq xəstəliyi» yaranır. Həmin fotosessiyaları da belə qəbul eləmək olar?  

- Yox, nə ulduzluq xəstəliyi? Hamı belə deyirdi. Amma belə bir şey ola bilməzdi. Mən həmin Avropa Çempionatından sonra üç gün ərzində səhər çıxıb axşam gəlirdim, o  televiziya, bu qəzet, müsahibələr… Amma çempion olandan sonra artıq dördüncü gün mən məşqdə olmuşam. 

- Belə çıxır ki, sənin enişinin əsas səbəbi zədələr olub…  

- Zədələnməzdən əvvəl özüm də bir az məşq eləmədim.  

- Niyə? Məşqlərdən uzaqlaşmağının səbəbi nə idi?  

- …Mən belə fikirləşirəm ki, 2010-cu ildə keçirilən Dünya Çempionatından sonra səhlənkarlıq elədim. Orda normal güləşdim, hətta koreyalı dünya çempionuna qalib gəldim. Həmin çempionatda üçüncü yeri tutan kubalı çüdoçuya iki dəfə qalib gəlmişdim. Həmin ilin axırında o idmançını yenidən uddum. Sadəcə bu çempionatda bəxtim gətirmədi, alınmadı. Cüdoda səhvi düzəltmək şansları çox aşağıdır. 

- Azərbaycanda  idmançılara dövlət qayğısı qonşu ölkələrə nisbətən daha yaxşıdır. Amma deyəsən bəzən qayğının yüksək olması idmançılarda arxayınlıq, məsuliyyətsizlik yaradır…  

- Bəzilərində ola bilər. Amma məndə elə bir şey yox idi. Həmişə məvacibimi alıb evə vermişəm. 

- Puldan söz düşmüşkən. Milli komandanın üzvü kimi nə qədər məvacib alırsan?  

-800 manat.  

- Bəs əlavə gəlirin?
 

- Yoxdur. 

- Dövlət tərəfindən mənzillə təmin olunmusan?  

- Yox, verməyiblər. 

- Bəs Avropa Çempionatından sonra idmançı kimi gəlirin, qazancın nə oldu?  

- Sualı anlamadım.  

- Yəni hansısa hədiyə, mükafat…
 

- Elə bir şey olmadı. 

- İrəvanda qazandığın uğuru hansısa yarışda yenidən təkrarlayacağına inanırsan?  

- Təbii ki, inanıram. Hələ 21 yaşım var. İdman karyeram qabaqdadır. 

- Bəlkə də indiki kimi düşünməyin də səndə arxayınlıq yaradıb. Yəni 21 yaşım var, hər şey qabaqdadır və sair…

- Əsla. Elə görünə bilər. Məşqlərimi görsəniz belə düşünməzsiniz. 

- Londona lisenziya qazanmaq məsələsi nə yerdədir?  

- İndi mən lisenziya alanların siyahısındayam. Reytinq sıralamasında ilk 22 yerdə olan idmançılar Olimpiya oyunlarına lisenziya qazanırlar. Mən hazırda 30-cu yerdəyəm. 

- Yəni lisenziya qazanmaq ehtimalın var?  

- Avropada məndən arxada olan bir idmançı var ki, məni keçməməlidir. Doxsan faiz ehtimal var ki, mən Olimpiya oyunlarına lisenziya qazanım.  

- Bəs lisenziya qazanacağın halda medal qazanmaq ehtimalın?
 

- Əvvəlki vaxta baxanda indi yaxşı formadayam. Amma medal qazanmaq bir neçə amildən asılıdır. Kimlərin vəsiqə qazanmasından da asılıdır. Ola bilər ki, kimsə tatamiyə yorğun çıxar, formada olmaz.  


- Yəni şans məsələsi…
 

- Bəli. O səviyyədə də deyiləm ki, üç yerdən birinə iddia edim.  

- Özünəinamın azdır?
 

- Hə. Amma kifayət qədər yaxşı formadayam. Olimpiadaya xeyli müddət var.  

- Adətən hündürboy idmançılar güləşəndə əziyyət çəkirlər. Sənin boyun nə qədərdir?
 

- 188 santimetr. Boyum güləşməyimə mane olmur. Fiziki baxımdan güclü olsan hər şeydən istifadə edirsən. Uzun olmağından da həmçinin.  

- Məsələn?
 

- Rəqibi yaxın buraxmırsan, yuxarıdan fənd tətbiq edirsən. Əgər balacaboy idmançı fiziki mənada daha güclüdürsə «zaxvatları»  yığacaq və yaxınlaşmağa qoymayacaq.  

- Bir sıra tanınmış idmançılarımız-boksçular Fariz Məmmədov, Ramal Amanov və digərləri zaman-zaman kriminal qruplaşmalara qoşulurlar. İstərdim səmimi cavab verəsən. Sənə nə vaxtsa belə bir təklif olub?
 

- Yox. Bir dəfə qardaşımın köhnə sinif yoldaşı zəng edib dedi ki, gəl çay içək. Sonra başa düşdüm ki, o mübahisəsi olan hansısa adamın üstünə on beş nəfəri yığıb aparıb. Həmin söhbətdə mən kənarda dayanmışdım.   

- Bu nə vaxt olub?   

- Təxminən ilyarım əvvəl. Həmin məsələdən sonra o insanla münasibəti kəsdim. 

- Səncə nəyə görə idmançılar bu cür təsirlərə uyurlar?  

- Güclü idmançı təsirə düşə bilməz.  

- Mən adlarını çəkdiklərim kifayət qədər nailiyyət qazanmış idmançılardır…  

- Fariz deyəsən boksçu deyil axı…  

- Peşəkar boksçudur. Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərov  da həbs olunmuşdu…
 

- Vüqar da qruplaşmaya düşüb?  

- Hətta xeyli müddət həbsdə də qaldı.
 

- Bu nadir hallarda olur. Siz dedikləriniz az məşq eləyənlərdir. 

- İdmançının adi həyatda qolunun gücündən istifadə eləməsinə necə baxırsan?  

- Baxır vəziyyətə də. İdmançılar sakit olurlar, mübahisəni sevmirlər. Dərinə gedəndə, əsəbləşəndə nəsə ola bilər.   

Yusuf Yusifbəyli
     

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?