Modern.az

Karantin rejimi deputatlara şamil olunmayacaq? - Tahir Kərimli məsələ qaldırdı

Karantin rejimi deputatlara şamil olunmayacaq? - Tahir Kərimli məsələ qaldırdı

9 Aprel 2020, 13:28

“Fövqəladə vəziyyət zamanı məhdudlaşdırıcı tədbirlər yenə deputatlara şamil olunmayacaqmı? Mən bu məsələni keçən dəfə də qaldırmışdım”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, karantin rejimi haqqında qanunumuz yoxdur:

 

“Təəssüf ki, ötən dəfəki çıxışım düzgün başa düşülmədi. Bizim yaşlı deputatlarımız bu gün iclasda iştirak etmir. Bunlar da sərbəst hərəkətə qoyulan məhdudiyyətlərlə bağlıdırmı? Bununla bağlı bəlkə Konstitusiya Məhkəməsinə müraciət edək. Bu məsələlər aydınlaşdırılmalıdır”.

 

Qeyd edək ki, qanun layihəsinin yeni redaksiyasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməməsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir