Modern.az

Bu gün OPEK+ ölkələri neflə bağlı qərar verəcəklər - Pandemiya sona çatacaq?

Bu gün OPEK+ ölkələri neflə bağlı qərar verəcəklər - Pandemiya sona çatacaq?

9 Aprel 2020, 13:32

Bu gün OPEK+ formatına daxil olan ölkələr yaranmış neft böhranını aradan qaldırılmasında yekdil qərara gəlmək üçün videokonfrans təşkil edəcəklər. Bu görüşün ardınca G20 ölkələrinin energetika nazirlərinin videotoplantısı təşkil olunacaq və qəbul olunan qərarlar müzakirə ediləcək.

OPEK+ formatında keçirilən hadisənin mühimliyi onun karonavirus pandemiyasının dünyada yaratdığı böhrandan atladılması qədər əhəmiyyətə malik olmasındadır. Bu pandemiya fonunda dünya bazarında vəziyyəti iqtisadi müharibə həddinə çatdıran neft hasil edən ölkələr- Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ qarşıdurması neft və neft məhsullarının kotirovkalarının böyük dəyər itirməsinə səbəb olmaqla iqtisadiyyata ikiqat zərbə vurublar. Son 18 ildə Brent markalı neftin dəyəri 22 ABŞ dollarından aşağı düşüb.

Neftin hasilatına görə soz sahibi olan Rusiya (gündəlik hasilatı 10 milyon barel), Səudiyyə Ərəbistanı (gündəlik hasilatı 10-12.3 milyon barel) və ABŞ (gündəlik hasilatı 9 milyon barel) dünyada gündəlik hasil edilən neftin 45%-nə sahiblik edirlər. ABŞ isə bu 45%-in yarısını istehsal etdiyi və topladığı neft ehtiyyatları hesabina öz əlində saxlayır. Beləliklə aydındır ki, OPEK+ formatında məramından asılı olmayaraq qəbul olunan qərarlar ABŞ-ın iştirakı olmadan heç qüvvəyə malik deyil. Müzakirənin mövzusu neftin gündəlik hasilatının 10-15 milyon barel azadılmasıdır.

Baş tutacaq görüşdən qabaq Rusiya və Səudiyyə Ərəbistanı neftin hasilatının azadılması üçün paylarına düşən miqdar ətrafinda çox gərgin və sərt müzakirələr aparsalar da, (Rusiya birinci rübdə istehsal etdiyi neftin orta səviyyəsi qədər, Səudiyyə Ərəbistanı isə apreldə çıxardığı gündəlik 12 milyon barel həcmində nefti hasil etməkdə israrlıdırlar) görünən odur ki, ABŞ mövqeyinin dəyişməyəcək. Belə ki,prezident Putin, Səudiyyə kralı və ABŞ prezidenti arasında keçirilən telefon danışıqlarına baxmayaraq, Tramp hökuməti OPEK-i qeyri-qanuni, kartel qurumu adlandırmaqla yanaşı, şist neftini və ehtiyyat topladığı nefti dünya bazarına təklif etməkdə israrlıdır.

Bu nəticəyə gəlmək olar ki, ən yaxşı halda neftin dünya bazarında qiyməti bir barel üçün 35 ABŞ dollarından yuxarı olmayacaq və aşağı yenmə ehtimalı da mövcuddur . Bu isə öz növbəsində neft hasil edən ölkələrdə büdcə kəsri, maliyyə böhranı, qiymətli kağızların dəyər itirməsi və s. fonunda milli valyutaların ABŞ dolları qarşısında dəyər itirməsi ilə nəticələnəcək.

Sonda onuda qeyd edim ki, hesablamalara əsasən 100 dollar dəyərində ümumi daxili məhsul istehsal etmək üçün 7 litr (1.85 qallon) neft tələb olunur. Ümid edək ki, neft bazarındakı müharibənin bitməsi ilə karonavirus pandemiyası sona çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir