Modern.az

Sosial rifah istiqaməti üzrə 400 milyon manat xərclənəcək - Nazirlik

Sosial rifah istiqaməti üzrə 400 milyon manat xərclənəcək - Nazirlik

Aktual

9 Aprel 2020, 13:41

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı pandemiyanın milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, sosial istiqamət üzrə üçün geniş tədbirləri əhatə edir və bu istiqamətlər üzrə 3 milyard manat vəsait yönəldiləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, bunu nazir Sahil Babayev bildirib. Nazir qeyd edib ki, Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur.

S.Babayev sosial rifahın dəstəklənməsi tədbirlərindən biri kimi işsiz şəxslərə birdəfəlik ödəmənin veriləcəyini deyib. Qeyd edib ki, işi və qazancı olmayan əmək qabiliyyətli şəxslər işsiz şəxslərdir. İşsiz şəxslər qeydiyyata alınmaqdan ötrü elektron qaydada müraciət edirlər. Bunun üçün elektron müraciət imkanları yaradılıb. Yəni e-sosial.az portalı vasitəsilə bunu edə bilərlər.

Hansı şəxslər ki, internetə çıxışı, elektron qaydada qeydiyyata alınmaq imkanları yoxdur, onlar işsiz kimi qeydiyyata alınmaq üçün olduqları rayon və ya şəhərlərin Məşğulluq Mərkəzlərinə zəng edərək, tələb olunan məlumatları (özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin nömrələri və s.) barədə məlumat verərək də qeydiyyata alına bilərlər.

//www.youtube.com/watch?v=jeu0xEbkQcs

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!