Modern.az

Hacıqabulda dezinfeksiya işləri davam edir - FOTO

Hacıqabulda dezinfeksiya işləri davam edir - FOTO

9 Aprel 2020, 13:46

Hacıqabul rayonunda gündəlik dezinfeksiya işləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə, ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir. Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların evdən kənara çıxmamaları, xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri ciddi qaydada aparılır. Karantin qaydalarına riayət etməyən 6 şəxs barəsində inzibati qaydada protokol tərtib edilmişdir.

 

Karantin rejiminin tələblərinə riayət edilməsi üçün rayon ərazisində fəaliyyətinə icazə verilməyən ticarət, ictimai iaşə obyektləri və mövcud olan istirahət parklarına giriş tam məhdudlaşdırılmışdır.

 

Tədbirlər müntəzəm olaraq davam etdirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır