Modern.az

Plenar iclaslar texniki məsələlərin müzakirəsinə həsr olunmamalıdır - Əli Hüseynlidən İRAD

Plenar iclaslar texniki məsələlərin müzakirəsinə həsr olunmamalıdır - Əli Hüseynlidən İRAD

9 Aprel 2020, 13:56

“Plenar iclaslar daha fundamental məsələlərin müzakirəsinə həsr olunmalıdır, texniki məqamlara yox”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O bildirib ki, parlamentdə vətəndaş mövqeyinin ortaya qoyulması nümayiş olunur:

 

“Bizim buradakı məqsədimiz məhz Milli Məclisin, komitələrin, millət vəkillərinin fəaliyyətinin karantin rejimində daha mükəmməl tənzimlənməsidir. Təqdim olunan hər üç qanun bu məqsədə xidmət edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər