Modern.az

Zahid Orucdan təklif: Hazırkı dövrü 3-cü respublika adlandırmalıyıq

Zahid Orucdan təklif: Hazırkı dövrü 3-cü respublika adlandırmalıyıq

Aktual

9 Aprel 2020, 14:11

“Biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

O bildirib ki, Avropa torpaqlarının azad olunmasında bizim qəhrəman ata-babalarımız iştirak edib:

 

“Cümhuriyyət dövrü Azərbaycan tarixində əhəmiyyətli rol oynayıb. Amma sovet Azərbaycanı dövründə də biz böyük nailiyyətlər əldə etmişik. Biz Cümhuriyyət dövrünü 1-ci respublika, sovet Azərbaycanı dövrünü 2-ci respublika, hazırkı dövrü isə 3-cü respublika adlandırmalıyıq. Bu, mənim subyektiv yanaşmam deyil. Bütün dünyada belə kimi məsələlərlə bağlı bu cür yanaşma var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır