Modern.az

“Tələbələrin təqaüdləri artırılmalıdır” - Deputat Milli Məclisə təkliflər verdi

“Tələbələrin təqaüdləri artırılmalıdır” - Deputat Milli Məclisə təkliflər verdi

Təhsil

10 Aprel 2020, 09:06

Milli Məclisin deputatı Etibar Əliyev Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabatı dinlənildəkdən sonra bəzi təkliflərlə çıxış edib.

Modern.az-ın məlumatına görə, E.Əliyev təkliflərini Milli Məclisin katibliyinə təqdim etdiyini bildirib. E.Əliyevin sözlərinə görə, onun qaldırdığı məsələlər aşağıdakılardır:

-Ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı, tədqiqatlara görə də vəsait verilsin. Dünyanın əksər ölkələrində tədqiqatlara ayrılan vəsait tədrisə ayraılan vəsaiti üstələyir.
-Hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaiti ayrılmalıdır. Həmin universitetlər: Texniki Universitet. UNEC, Aqrar Universitet, Neft və Sənaye Universiteti.
-Yeni tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılmalıdır. Koronavirusun insanların maddi durumuna təsiri mütləq nəzərə almalıdır.
-Distant təhsilin tətbiqi üçün ali məktəblərin maddi-texniki bazası gücləndirilməlidir. Ali məktəblər öz daxili imkanları hesabına bunu etmək gücündə deyil. Bunun üçün büdcədən əlavə vəsait nəzərdə tutulmalıdır.
-Tələbələrin təqaüdləri artırılmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?