Modern.az

Komaya girən Oqtay Gülalıyevin aqibəti NECƏ OLDU...

Komaya girən Oqtay Gülalıyevin aqibəti NECƏ OLDU...

10 Aprel 2020, 17:37

Türkiyədəki “American Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağı stabil olaraq qalır.

Bu barədə Modern.az-a hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

T.Gülalıyevin sözlərinə görə atası hələ də komadadır:

“Həkimlər gözləməyi məsləhət görür. Gözləməkdən başqa çarəmiz yoxdur”.

O qeyd edib ki, Oqtay Gülalıyevin xəstəxana xərclərini hələ də Heydər Əliyev Fondu qarşılayır.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, 2019-cu ilin oktyabrında Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir