Modern.az

Postkoronavirus dövrünün ali təhsilinə baxış - Ədalət Muradov

Postkoronavirus dövrünün ali təhsilinə baxış - Ədalət Muradov

Təhsil

11 Aprel 2020, 23:05

UNEC-in rektoru, professor Ədalət Muradov "facebook" hesabında postkoronavirus dövrü üçün gözlənilən təhsil sistemini şərh edib.

 

Modern.az həmin fikirləri oxucularla bölüşür:

“Distant təhsil kütləviləşəcək və yüksək keyfiyyətli distant təhsil verən dünya səviyyəli yeni universitetlər yaranacaq;


- işə qəbul zamanı ali təhsil tələbinin aradan çıxması prosesi sürətlənəcək və  kompetensiyaların rolu artdığından ali təhsil göstəricisi kimi diploma ehtiyacın azalması prosesi sürətlənəcək;


- tələbə qəbul mexanizmi tamamilə yeniləcək, daha çox işəgötürənlərin tələblərinə üstünlük veriləcək;


- ali təhsilin bakalavr səviyyəsi özü də pillərə bölünəcək və daha çox praktiki vərdişləri formalaşdıran və daha az təhsil müddəti tələb edən bakalavr pilləsinə keçid sürətlənəcək;


- ənənəvi sosiallaşma rəqəmsal sosiallaşma ilə əvəz olunacaq, yeni rəqəmsal vərdiş və bacarıqlar rəqəmsal texnologiyaların tətbiqi ilə təmin ediləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?