Modern.az

Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub

Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub

Dünya

12 Aprel 2020, 12:30

Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda Rixter şkalası üzrə 4,3 maqnitudalı zəlzələ olub.

 

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 09.38 radələrində baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

 

Təkanlar Batman, Siirt və Tunceli şəhərlərində də hiss edilib.

 

Karlıovada bəzi evlərin divarlarında çat yaranıb. Tələfat yoxdur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə