Modern.az

Kipr Türklərinin gerçəkləri görməyinin vaxtı çatıb - “Yunan nəzirinə ETİRAZ

Kipr Türklərinin gerçəkləri görməyinin vaxtı çatıb - “Yunan nəziri”nə ETİRAZ

Aktual

12 Aprel 2020, 20:17

"Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Mustafa Akıncı koronavirus xəstəliyi ilə əlaqədar Kipr Respublikasının yunan prezidenti Nikos Anastasiadis ilə danışıq aparıb. Danışıq zamanı N.Anastasiadis ŞKTC-yə 2 min qutu dərmanla yardım edəcəyi haqqında fikirlər gündəmə gətirib.  Bu dərmanların ümumi dəyərinin 35 900 türk lirəsi olduğu bildirilir.

Modern.az  xəbər verir ki, bu barədə məlumatı Qlobal Jurnalistlər Şurasının (KGK) sədri Mehmet Ali Dim səsləndirib.

 
M.A.Dim qeyd edib ki, Yunan Kiprinin Şimali Kiprə verəcəyi 2 min qutu dərman yardımı birmənalı qarşılanmayıb:

"Dərmanın bir qutusu 17,95 türk lirəsidir. Beləliklə, Güneyin "verəcəyəm" dediyi dərmanların ümumi dəyəri 35 min 900 TL-dir.  Dərman, maska və digər tibbi vəsait göndərən Türkiyəyə təşəkkür edə bilməyənlər,  heç bir təqdir səsləndirməyənlər bu "nəzir"ə bənzəyən köməyi şişirdirlər. Həqiqətləri görən ŞKTC xalqı şou niyyətli bu köməyi istəmir. Çox sayda Kipr türkü, bunu kömək deyil, həqarət kimi qəbul edir".

 


M.A.Dim Avropa Birliyinin (AB) mövqeyini də qiymətləndirib:

"İllərdir "Bütün Kipr AB torpaqlarıdır" nağılı ilə yatdıq. Avropa Birliyinin Yunan Kiprinə "Covid-19"la mübarizə üçün 800 milyon avro verdi, ŞKTC xalqı  isə cəmi 5 milyon avro aldı. Demək ki, Avropa Birliyinin sərhəddi Ledra Sarayının qapısında bitirmiş. Yunanlar koronavirus səbəbi ilə 15 martda Şimal və Cənub arasındakı keçidlərə icazə verən bütün sərhəd qapılarını bağladılar. Şimal və Cənub arasında 2004-cü ildən bəri açıq olan sərhədlər son 16 ildə ilk dəfə bağlandı. Bəs adadakı bütün kiprlilər hamısı Avropa Birliyi vətəndaşı idilər?
Yunan Kiprinin rəhbərliyi Cənub ilə Şimal arasındakı 4 keçid qapısını bağladıqdan sonra koronavirus səbəbindən sərhədi adlamağa çalışan türk və yunan milliyətinfdən olan insanların üzərinə bibər qazı buraxıldı. Bəs bütöv idik, tək dövlət idik? Xəyal qurmağın başını buraxın.
Yunanlar sərhəd qapılarını bağlayıb, zor tətbiq edərək qorumaqla çox yaxşı iş gördülər. 
Çünki adada olan iki dövlət və iki xalq bir daha dünyaya sərhəd və sərhəd qapılarının olduğunu, onu dövlətin işinə yaramadıqda ya da lazım olduqda bağlaya və aça biləcəklərini, sərhədlərini zor tətbiq edərək qorumaq haqlarının olduğunu göstərdi".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır