Modern.az

“Survivor 2020” yarışmasından çıxarılan Pərviz vətənə qayıda BİLMİR

“Survivor 2020” yarışmasından çıxarılan Pərviz vətənə qayıda BİLMİR

Mədəni̇yyət

13 Aprel 2020, 11:52

Türkiyənin TV8 kanalında yayımlanan "Survivor 2020" yarışmasının azərbaycanlı iştirakçı, kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayev mübarizədən kənarlaşdırıldıqdan sonra vətənə qayıda bilmir.

Modern.az xəbər verir ki, buna səbəb koronavirus (Covid-19) epidemiyasının yayılmasının qarşısını almaq məqdəsi ilə Dominikan Respublikasının ölkəyə giriş-çıxışı bağlamasıdır. 

Xatırladaq ki, “Ünlülüər” və “Könüllülər” komandaları arasında keçirilən "Survivor 2020" yarışması Dominikan Respublikasında təşkil olunub.

TV8-də verilən məlumata görə, Pərviz Abdullayevlə yanaşı, mübarizədən kənarlaşdırılan “Könüllülər” komandasının üzvləri Ceyhun və Burak da hələ ki Dominikan Respublikasında qalmaqdadır.

Ancaq Dominikan Respublikasından Türkiyəqə qayıda bilməyən təkcə "Survivor 2020"nun uduzmuş iştirakçıları deyil. Belə ki, layihənin rəhbəri, məşhur teleaparıcı, TV8-in sahibi Acun Ilıcalı da onların durumundadır. Acun Ilıcalı ilə birlikdə olan azyaşlı qızı Melisa da orada qalıb.

Hazırkı məlumatlara görə, Dominikan Respublikasında 2967 nəfər koronavirusa yoluxub, 173 nəfər isə pandemiyadan ölüb.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı