Modern.az

Nazir tələbələrin təhsil haqqının necə ödəniləcəyindən danışdı

Nazir tələbələrin təhsil haqqının necə ödəniləcəyindən danışdı

Təhsil

14 Aprel 2020, 22:57

"Ali və orta ixtisas təhsil müəssisələrində təhsil xərclərinin ödənilməsi istiqamətində məsul şəxslər müəyyən ediləcək. Müvafiq məktublar imzalanaraq bütün təhsil müəssisələrinə göndərilib və qısa müddət ərzində tələbələrdən müraciətlər toplanacaq”.

Modern.az-ın məlumatına gorə, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Hədəf” verilişində qonaq olarkən deyib.

Nazir qeyd edib ki, tələbələr müraciət edərək özləri barədə məlumatları təqdim edəcəklər: “Ali təhsil müəssisələri də bu məlumatları aidiyyəti üzrə elektron formada təqdim edəcək. Təhsil Nazirliyi də toplanan məlumatları uyğunlaşdırma apararaq təsdiq edəcək. Yekunda sifarişlər Maliyyə Nazirliyinə təqdim ediləcək. Ödənişlər də bilavasitə təhsil müəssisələrinə köçürüləcək"

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır