Modern.az

Tankerlər və yeraltı anbarlar neftlə dolub – “Qara qızıl”ın bahalaşma şansı YOXDUR

Tankerlər və yeraltı anbarlar neftlə dolub – “Qara qızıl”ın bahalaşma şansı YOXDUR

İqtisadiyyat

15 Aprel 2020, 14:58

Dünya bazarlarında 2020-ci ilin apreli üçün “qara qızıl”a olan tələbar 1995-ci ilin səviyyəsinə enib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Eenrgetika Agentliyinin hesabatında bildirilir.

Yaxın həftələrdə neftin saxlanılması üçün nəzərdə tutulan bütün anbarlar və tankerlər dola bilər.

 

Aprel ayında neftə olan tələbat ötən ilin eyni dövrü ilə müqayisədə sutkada 29 milyon barrel azalacaq. Bu 1995-ci ildən bəri ən aşağı göstərici olacaq. Hesabatın yayımlanmasından sonra Brent markalı neftin 1 barreli 28,4 dollara qədər ucuzlaşıb.

 

 

Koronavirusa görə “qara qızıl”a tələbarın hədsiz azalması və bəzi neft ölkələrinin hasilatı çox artırması gündəlik 20 milyon barrel neftin artıq qalmasına səbəb olub. Həmin neft ucuz qiymətə alınaraq idxalçı ölkələrin tankerlərinə, neft anbarlarına və boru kəmərlərinə doldurulur. Lakin son günlər artıq neftin toplanması üçün boş anbarların sayının sürətlə azaldığı xəbər verilir.

 

“Yaxın həftələrdə bütün neft logistikasının – tankerlərin, boru kəmərlərinin və yerlatı anbarların dolacağı gözlənilir”-deyə hesabatda vurğulanır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür