Modern.az

Rusiyanın ən zəngin 200 iş adamı – Siyahıda yer alan 6 AZƏRBAYCANLI

Rusiyanın ən zəngin 200 iş adamı – Siyahıda yer alan 6 AZƏRBAYCANLI

İqtisadiyyat

16 Aprel 2020, 10:16

“Forbes” jurnalı Rusiyanın ən zəngin 200 iş adamının reytinqini təqdim edib. Modern.az xəbər verir ki, siyahıda Azərbaycan əsilli 6 iş adamı da yer alıb.

 

Ən zəngin 200 iş adamı arasında 5-ci pilləni “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov tutur. Azərbaycan mənşəli rusiyalı iş adamının sərvəti 15,2 milyard dollar olub. İş adamının hazırda 69 yaşı var.

 

  

Siyahıda əslən Qubanın Qırmızı qəsəbəsindən olan iş ortaqları - Qod Nisanov (2,7 milyard dollar) və Zarah İliyev (2,7 milyard dollar) 37 və 38-ci pillələrdə qərarlaşıblar. Qod Nisanovun 47, Zarah İliyevin isə 53 yaşı var

 

“Crocus” şirkətlər qrupunun sahibi olan 64 yaşlı Araz Ağalarov da zənginlər siyahısında yerini turub. Azərbaycan əsilli iş adamı 1,7 milyard sərvətlə Rusiyanın 55-ci ən zəngin şəxsidir.

 

İş adamı Fərhad Əhmədov isə 68-ci pillədə yer tutub. 64 yaşlı azərbaycanlının 1,4 milyard dollar sərvəti var.

 

Zənginlərin siyahısında 6-cı azərbaycanlı isə əslən Qusar rayonundan olan Seyfəddin Rüstəmovdur. 57 yaşlı iş adamı 700 milyon dollar gəlirlə 145-ci pillədədir.    

“Forbes” Rusiyada ən zəngin iş adamlarının ilk “üçlüyü”nə Vladimir Potanin (19,7 milyard dollar), Vladimir Lisin (18,1 milyard dollar) və Leonid Mixelson (17,1 milyard dollar) daxildir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür