Modern.az

\"Rossiya 1\" telekanalı Azərbaycan diasporunun xeyriyyə aksiyasından bəhs edib

\

16 Aprel 2020, 13:06

Rusiya Federasiyasının "Rossiya 1" telekanalı tamaşaçıların diqqətini Leninqrad vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində gerçəkləşdirdiyi xeyriyyə aksiyasına cəlb edib.

 

Modern.az xəbər verir ki, aksiya ilə bağlı yayımlanan süjetdə bildirilib ki, Leninqrad vilayətinin hökuməti Azərbaycan Milli-Mədəni Muxtariyyətinin özünütəcrid şəraitində yaşayan 5 min aztəminatlı ailəyə ərzaq yardımı göstərmək, məktəblilərə isə təhsillərini distant şəkildə davam etdirmək üçün 200 planşet hədiyyə etmək təşəbbüsünü dəstəkləyib. Bunun üçün işçi qrup yaradılıb. Hər ərzaq paketinə un və yarma məmulatları, konservlər, yağlar, şəkər tozu və digər zəruri ərzaq məhsulları daxil edilib. Mənzillərini tərk etməmələri üçün ərzaq paketləri birbaşa ailələrin ünvanlarına çatdırılıb.

 

Leninqrad vilayətinin daxili siyasət üzrə vitse-qubernatoru Aleksey Kondraşov bildirib ki, Azərbaycan Milli-Mədəni Muxtariyyətinin 5 min aztəminatlı ailəni əhatə edən ərzaq yardımını yerli hökumətə təhvil verməsinə çox seviniblər: "Bu yardım rayon administrasiyalarının başçıları tərəfindən bütün vilayətdəki aztəminatlı ailələrə paylanılacaq".

 

Qeyd edilib ki, hazırda vilayətin sosial yardım xidmətlərinin əməkdaşları bu işə qoşulublar. Onlar rayon administrasiyalarında hazırlanan ərzaq paketlərini qəbul edib, aztəminatlı ailələrin ünvanlarına çatdırırlar.

 

Süjetin sonunda əlavə edilib ki, Azərbaycan diasporu peterburqlulara da yardım etməyi unutmayıb. Sankt-Peterburqun aztəminatlı ailələri və təqaüdçülərinə paylanılması üçün 20 min ərzaq qutusu və 500 ədəd planşet hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir