Modern.az

Sarkisyan Aprel döyüşləri HAQDA: “İtki vermək istəmiriksə...”

Sarkisyan Aprel döyüşləri HAQDA: “İtki vermək istəmiriksə...”

Qarabağ

16 Aprel 2020, 15:10

Ermənistanın eks-prezidenti Serj Sarkisyan ölkə parlamentinə gəlib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Aprel döyüşləri ilə bağlı yaradılmış parlament komissiyasının suallarına cavab verəcək.

 

Komissiyaya gəlməzdən öncə, Serj Sarkisyan yaydığı bəyanatda döyüşlərlə bağlı bütün şaiyələrə söz qoyacağını bildirmişdi.

“Həmin hadisələrin səbəbi ordunun pis idarə olunmasında deyildi. Təəssüf ki, itkilər bütün müharibələrdə olur. Əgər itki vermək istəmiriksə, onda öz torpaqlarımızda azad yaşamaq ideyasından vaz keçməliyik”.

 

Sarkisyanı Paşinyanı da tənqid edərək beynəlxalq siyasətin sosial şəbəkələrdə canlı yayıma qoşulmaqla kifayətlənmədiyini əlavə edib.

O, komissiyanın bütün suallarına müfəssəl cavab verərək Aprel döyüşləri ilə bağlı qaranlıq məqamlara işıq salacağını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?