Modern.az

Koronavirusdan qalan FƏSADLAR: Ağciyər kiçilir, beyin hüceyrələri ölür

Koronavirusdan qalan FƏSADLAR: Ağciyər kiçilir, beyin hüceyrələri ölür

Dünya

16 Aprel 2020, 17:08

Koronavirusdan sağalan insanları həuyatı boyu müxtəlif problemlər izləyə bilər.

 

Modern.az xəbər verir ki, ABŞ-ın Con Meyson Universitetinin progessoru Ança Baranova koronavirusu ağır keçirən xəstələrdə ağciyətin kiçilməsi və beyində bəzi hüceyrələrinin öldüyünü söyləyib.

 

“Bu özünü gənclərin daha marafon yürüşlərinə qatıla bilməməsində, yaşlı insanların isə pilləkənlərlə qalxmasına belə mane olan tənginəfəsliyin yaranmasına səbəb olub”.

 

 

Amma o bu simptomların hər kəsdə müşahidə olunmadığını da əlavə edib.

“Bu fəsadlar heç də hər kəsi deyil, yalnız virusu ağır keçirənləri izləyir”.

 

Hinqkonqun Şahzadə Marqaret İnfeksion Xəstəliklər Mərkəzinin həkimləri də eyni halı müşahidə etdiklərini əlavə edib.

“Əksər pasientlər tez yeriyən zaman tənginəfəs olurlar. Bəzi pasientlərdə isə ağciyərin həcminin 20-30% azalması müşahidə olunur”-deyə Mərkəzin həkimi Ouen Çan açıqlama verib.

 

Tibb adamı koronavirusun doğurduğu fəsadlardan dolayı ciyərin bəzi pasientlərdə qaraldığını və zədələnmiş hüceylərin bərpa edilə bilmədiyini vurğulayıb. Nəticədə, sağalmış xəstələrdə ağciyər fibrozu yarana bilər. Bu isə tənginəfəslik, quru öskürəsk və xroniki oksigen çatışmazlığı doğura bilər.

Nəticədə isə insanın iş qabiliyyətinin aşağı düşməsinə yol açır.

 

Paralel olaraq, koronavirusun fəsadlarından biri beyinə təsiri ilə bağlıdır. Belə ki, koronavirusdan sağalan insanlar tez yorulmaqdan, baş gicəllənməsindən şikayət edirlər. Yaşlı insanlarda isə yaddaş zəifliyi də əlavə simptom kimi təzahür edir.

 

 

“Qrip virusu kimi koronavirus da beyində müəyyən hüceyrələrin ölümünə səbəb olur. Bu xüsusən, ahıllar üçün təhlekəlidir. Beyində pozuntular ürəırk tutması, insult və meningiti təhrik edə bilər”-deyə rusiyalı virusoloq Feliks Yerşov açıqlama verib.

O, həmçinin, COVİD-19-dan sağalanların ilk vaxtlar immun çatışmazlığından əziyyət çəkəcəklərini də təxmin edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir