Modern.az

“47 ölkədən 5100-dən çox vətəndaşımız Dövlət Komitəsinə müraciət edib”

“47 ölkədən 5100-dən çox vətəndaşımız Dövlət Komitəsinə müraciət edib”

16 Aprel 2020, 17:30

“Pandemiyanın aradan qaldırılması üçün Azərbaycan bütün tədbirləri həyata keçirməkdədir. İlk gündən xaricdə səfərdə olan vətəndaşlara müxtəlif dəstəyin göstərilməsilə bağlı müraciətlərin qəbulu başlanıb”.


Modern.az
-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında  bildirib.


F.Muradov qeyd edib ki, bunun üçün İşçi Qrupu yaradılıb:

“Müraciətlər gündəlik və iaşə, təxliyə və sənədləşmə ilə bağlıdır. Qeyd edim ki, daxil olan müraciətlər tərəfimizdən aidiyytı qurumlara göndərilib. Qəbul edilən bütün müraciətlərə Operativ Qərargahın qərarlarına uyğun cavabladırılıb”.

 

Onun sözlərinə görə, COVİD-19 səbəbilə xaricdə qalan, orada təhsil alan şəxslərin maarifləndirilməsi davamlı olaraq aparılır:

“Bugünədək 47 ölkədən 5104 müraciət daxil olub. 1942 nəfərinə yardımlar edilib. Əksər vətəndaşlarımız Azərbaycanda həyata keçirilən tədbiləri yüksək qiymətləndirilib. İlk ölkələr sırasında Türkiyə, Rusiya, İtaliya, Fransa və s. göstərmək olar”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!