Modern.az

Azərbaycanlı tələbələr İsveçrədə qalmaq qərarı veriblər - Səfirdən AÇIQLAMA

Azərbaycanlı tələbələr İsveçrədə qalmaq qərarı veriblər - Səfirdən AÇIQLAMA

17 Aprel 2020, 10:23

"Hazırda Azərbaycan vətəndaşları arasında koronavirus pandemiyasına yoluxma halları müşahidə olunmayıb. Vətəndaşlarımızın səhhəti normaldır. Mütəmadi olaraq hər bir vətəndaşımızla əlaqə saxlayır, ümumi vəziyyət barədə məlumat əldə edirik”.

Bu fikirləri Modern.az-a Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova deyib. Xanım İbrahimova bildirib ki, Azərbaycan vətəndaşları İsveçrə hökumətinin qoyduğu qaydalara tam olaraq riayət edir:


“Hər bir vətəndaşımızın karantin rejiminə məsuliyyətlə yanaşdığını söyləyə bilərəm. Hətta azərbaycanlı tələbələr də ciddi şəkildə sosial izolyasiyaya riayət edir. Demək olar ki, tələbələrimizlə hər gün təmasdayıq. Əksər tələbələrimiz ilk vaxtlarda Azərbaycana təxliyə olunsa da, digərləri İsveçrədə qalmaq qərarı verdilər. Eyni zamanda, səfirliyimizin 24 saat fəaliyyət göstərən "qaynar xətt"i yaradılıb. Hər bir vətəndaşımız istənilən vaxt bizə müraciət edir. Həmçinin hər bir vətəndaşımız Azərbaycan mətbuatını, eləcə də, cənab prezident İlham Əliyevin koronavirusla bağlı verdiyi tapşırıqları izləyir. Hər bir soydaşımız Azərbaycanda verilən qərarları burada da yerinə yetirir”.


Xanım səfirin sözlərinə görə, İsveçrə hökuməti karantin rejimini dayandırmağı düşünür:


“İsçevrədə 25 mindən çox insan koronavirusa yoluxub. İlk vaxtlarda vəziyyət çox pis idi. Hər gün 1000 nəfər yoluxurdusa, sonra günlərdə 600, 400 nəfərdə yoluxma halları müşahidə olunur. Dünyasını dəyişənlərin sayı isə 1000 nəfəri keçib. Dünyasını dəyişənlər əsasən yaşlı təbəqənin insanlarıdır. İsveçrə hökuməti aprelin 27-dən etibarən karatin rejiminin aradan qaldırılmasını düşünür. Təbii ki, bu proses mərhələli formada həyata keçiriləcək. Hətta mayın 11-də məktəbləri açmaq niyyətindədirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər