Modern.az

Xocalı soyqırımını törədənlərdən biri ÖLDÜ

Xocalı soyqırımını törədənlərdən biri ÖLDÜ

Qarabağ

17 Aprel 2020, 13:28

Xocalı soyqırımının daha bir iştirakçısı ölüb. Modern.az-ın məlumatına görə, 57 yaşlı Armen Andreasyan Moskvada martın 28-də ölüb.

 

O, polkovnik Aram Toqramyanın başçılıq etdiyi “Aramo” batalyonunun tərkibində 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalı qəsəbəsinə hücumda iştirak edib.

 

Sovet ordusunda rabitə bölməsinin zabiti kimi xidmət edən zaman Azərbaycan torplaqlarına təcavüzdə iştirak edən Andreasyan 1990-c ıilin avqusutunda Qazaxın Baqanis-Ayrum kəndi uğrunda döyüşlərə qatılıb. Xocalı qətliamından sonra o, 1992-ci ilin yay-payız aylarında Xocavənd rayonu və Laçın dəhlizi uğrunda döyüşlərdə iştirak edib.  

 

Xatırladaq ki, Xocalı qəsəbəsinə erməni dəstələrinin və Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı moto-atıcı alayın iştirakı ilə gerçəkləşən hücum zaman 613 azərbaycanlı öldürülmüş, 1275 nəfər isə girov götürülmüşdü.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır