Modern.az

İsrailli musiqiçi Qarabağ haqqında mahnı oxudu - VİDEO

İsrailli musiqiçi Qarabağ haqqında mahnı oxudu - VİDEO

Qarabağ

17 Aprel 2020, 15:37

Dünyanı cənginə alan koronavirus pandemiyasından uzaq durmaq üçün hamı karantin rejiminə əməl edərək evdə oturur.

 

Evdə darıxmamaq üçün kimisi mətbəxdə məharətini göstərir, kimisi isə mahnı oxuyub, rəqs edir. Onlardan biri də peşəkar musiqiçi Senya Rabayevdir.  

 

Modern.az xəbər verir ki, uzun zamandır İsraildə yaşayan əslən bakılı S.Rabayev “Qarabağ - ana yurdum” mahnısını həm oxuyub, həm də böyük ustalıqla kamançada ifa edib.

 

Həmin anları lentə alan musiqiçi görüntüləri “Facebook” hesabında izləyiciləri ilə bölüşüb. Az zaman çərçivəsində sürətlə paylaşılan S.Rabayevin bu ifası sosial media əhli tərəfindən böyük rəğbətlə qarşılanıb.  

 

 
Qeyd edək ki, Senya Rabayev 22 oktyabr 1950-ci ildə Bakıda anadan olub. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. 1990-cı ilin fevralında ailəsi ilə birlikdə İsrailə köçüb. 
 

Əsl adı Siin olsa da, valideynləri ona Senya deyiblər. Azərbaycanlı dostlar isə ona Salman adını veriblər. O, Hayfada vergi müfəttişi işləyib. Daha sonra özəl vergi firmasında çalışıb. Yaradıcılıqla məşğul olan Rabayev İsraildə dörd albom buraxıb. Senya Rabayev doğma Bakı şəhərinə sevgisini şeir və mahnılarında dilə gətirir.(Oxu.Az)

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi