Modern.az

Problemli kreditlərin məbləği bilindi

Problemli kreditlərin məbləği bilindi

17 Aprel 2020, 16:59

2020-ci il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15696,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 12794,9 milyon manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1297,8 milyon manat olub və ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı