Modern.az

İki ayda 8151 nikah, 2841 boşanma...

İki ayda 8151 nikah, 2841 boşanma...

17 Aprel 2020, 17:11

Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınan nikah və boşamaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 8151 nikaha daxilolma və 2841 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı azalaraq 5,2-dən 5,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,7) qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır