Bəşəriyyəti bürüyən qlobal sağlamlıq böhranı fonunda dünya bugünkü çağırışlara effektiv və davamlı həllər tapmaq üçün tibbi və elmi araşdırmalara daha çox ehtiyac duyur.
Modern.az xəbər verir ki, bu məqsədlə, Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq birliyə xitabən "virusu nəzarətdə saxlamaq, dayandırmaq, onunla mübarizə aparmaq, yayılmasını əngəlləmək və təsirini azaltmaq üçün hər fürsətdən istifadə etmək" çağırışına cavab olaraq, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) COVID-19 ilə Mübarizəyə dair Mükafat elan edir.
MÜKAFATIN MƏBLƏĞİ
Mükafat olaraq, 200.000 ABŞ dolları məbləğində mükafat məbləği və xüsusi Medal nəzərdə tutulub.
SEÇİM KOMİTƏSİ
Mükafatın Seçim Komitəsinə aşağıdakı şəxslər daxildir:
Seçim Komitəsinin Katibliyi Mərakeş Krallığının Rabat şəhərində, ISESCO-nun baş qərargahında yerləşir.
NOMİNASİYALAR ÜÇÜN KRİTERİYALAR
Mükafata namizədliyini təqdim etmək üçün COVID-19-a qarşı effektiv dərman vasitəsi və ya peyvənd tapdığını iddia edən müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsi Komitənin Katibliyinə aşağıdakılar daxil olmaqla tam müraciət göndərməlidir:
Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.
NOMİNASİYA VƏ SEÇİM PROSEDURLARI
MÜKAFATLANDIRMA MƏRASİMİ
Mükafatlandırma mərasimi mükafatın qalibi, Seçim Komitəsinin üzvləri və tərəfdaş təşkilatların iştirakı ilə ISESCO-nun Baş qərargahında təşkil ediləcək. Mərasimə bir sıra elm xadimləri və tədqiqatçılar da dəvət olunacaq.
Mükafat üzrə nominasiyalarla bağlı suallar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən ISESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.
E-mail: [email protected]