Modern.az

“Heç bir Azərbaycan vətəndaşını kənarda qoya bilməzdik”  - Fuad Muradov

“Heç bir Azərbaycan vətəndaşını kənarda qoya bilməzdik”  - Fuad Muradov

Diaspor

18 Aprel 2020, 23:02

"İndiyədək Diasporla İş üzrə Dövlət Komitəsinə 5 109 elektron müraciət daxil olub. Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımız tərəfindən quruma daxil olan müraciətləri müxtəlif kateqoriyalara bölür".

 

Modern.az xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov AzTV-nin "Hədəf" proqramında bildirib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, daxil olan müraciətlər araşdırılıb: "Soydaşlarımızın gündəlik problemləri, xərcləri, iaşə, yaşama yerləri ilə bağlı, daha çox isə sosial yönümlü müraciətlər araşdırıldı.

Bəzilərinin əlində uzun müddət əvvəl alınmış təyyarə biletləri var idi. Biz həmin soydaşlarımız haqqında məlumat əldə etdik. Soydaşlarımız xaricə getdikdə heç bir dövlət qurumunu məlumatlandırmırlar. Biz dəfələrlə müraciət etmişik ki, soydaşlarımız xaricə gedəndə müxtəlif dövlət qurumlarına hardakı səfirlik və konsullar varsa, onları məlumatlandırsın. Azərbaycan hökumətinin yanaşması ilk gündən belə oldu ki, biz heç bir adamı kənarda qoya bilmərik. Cənab Prezidentin də bununla bağlı ciddi tapşırıqları oldu".

 

F. Muradov vurğulayıb ki, yaranmış vəziyyət "Azərbaycan evləri"nin yaradılmasının əhəmiyyətini bir daha göstərdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu