Modern.az

Ukraynada qalmış 450 Azərbaycan vətəndaşına yardım edilib - FOTOLAR

Ukraynada qalmış 450 Azərbaycan vətəndaşına yardım edilib - FOTOLAR

Diaspor

19 Aprel 2020, 13:00

Ukraynada koronavirusun yayılması üzündən çətin vəziyyətdə qalan 450 nəfər Azərbaycan vətəndaşı hələ mart ayının 17-də Ukrayna Azərbaycanlıları Radası (məclisi) nəzdində yaradılmış operativ qərargahı tərəfindən lazımi yardımlar alırlar. Həmin qərargaha Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov  rəhbərlik edir.

 

Hikmət Cavadov Modern.az-a bildirib ki, ötən müddət ərzində Operativ Qərargah vasitəsilə paytaxt Kiyev şəhərində 129 Azərbaycan vətəndaşına maddi yardım, 168 nəfərə ərzaq yardımı, həmçinin müxtəlif xəstəlik daşıyıcısı 9 nəfərə də müvafiq yardımlar göstərilib.

 

Bununla yanaşı Lviv vilayətində 68 nəfər Azərbaycan vətəndaşı yardım alıb. Bunlar arasında 11 ahıl, 2 uşaq, 4 tələbə, bütövlükdə 4 ailənin üzvləri var. Həmin 68 nəfərdən 35-i müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

 

Ölkənin qalan bölgələrində isə bütövlükdə 32 nəfər azərbaycanlıya yardım göstərilib. Onlardan iki nəfər xəstə Dnipro şəhərində, bir nəfər ağır xəstə Poltava şəhərində, qalanaarrı Xarkov şəhərindədir. Bunlar arasında  iki azyaşlı övladı olan tənha qadın, xərçəng xəstəliyindən əziyyət çəkən bir qadın, bir yaşlı körpə olan dörd nəfərlik ailə, müalicə üçün gəlmiş 5 nəfər, işlə bağlı gələrək əllərindəki pulları xərcləyib qurtarmış iki nəfər, 14 tələbə var. Maddi dəstəyə ehtiyyacı olanlara imkan daxilində yardımlar davam etdirilir.

 

UABD rəhbəri sadalanan bu işlərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən, Ukraynada yaşayan azərbaycanlı iş adamlarından da böyük dəstək aldıqlarını qeyd edib: “Onların hamısına dərin minnətdarlığımı bildirirəm. Hər gün komandamızla bir yerdə operativ qərargahımızda oluruq, yardıma və dəstəyə ehtiyyacı olanlara hərtərəfli kömək edirik. Qərargaha üz tutanların müraciətlərini dinləyir, onları ərzaqla, yaşayış yerilə, xəstələri dərmanla təmin edirik”.

 

H.Cavadov həmçinin bildirib ki, Azərbaycan diasporuna ukraynalı millət vəkilləri də xeyli diqqət göstərirlər. O cümlədən Ukrayna parlanmentinin İqtisadi İnkişaf Məsələləri Komitəsinin üzvü Dmitro Nataluxa da qərargaha baş çəkib: “Problemləri nə qədər sürətlə həll etdiyimizi görən müxtəlif ölkələrdəki ukraynalı diasporuna da belə çevik olmalarını arzuladığını bildirdi. Həmçinin Azərbaycanda koronavirusla mübarizə barədə söhbət açan millət vəkili onda olan məlumata görə Bakıda pzndemiyayla mübarizənin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi”.

 

Qeyd edək ki, 2 gün öncə Ukrayna Ali Radasını digər üzvü Lyidmila Marçenko da Ukrayna Azərbaycanlıları Radasının operativ qərargaha baş çəkib.

Hikmət Cavafov bildirib ki, bu çətin günlərdə Ukraynadakı azərbaycanlı iş adamlarının operativ qərargahın fəaliyyətinə verdikləri dəstək əvəzedilməzdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı