Modern.az

Mixail Saakaşvili: “Rusiya istəyərsə istefa verməyə hazıram”

Mixail Saakaşvili: “Rusiya istəyərsə istefa verməyə hazıram”

28 Aprel 2012, 10:33

Modern.az-ın məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın dövlət başçısı  Dmitri Medvedevə müraciət edərək Osetiya və Abxaziyanın işğaldan azad olunmasını tələb edib. M.Saakaşvili torpaqların Rusiya əsarətindən azad olunması müqabilində istefa verərək hakimiyyətdən gedəcəyini açıqlayıb.

Gürcüstan prezident irəli sürdüyü təklifin ciddi qəbul edilməsi üçün Rusiya ilə bu istiqamətdə ən qısa zamanda müqavilə başlamaq istədiyini diqqətə çatdırıb.

“Mənim və hökumətimin istefası qarşılığında, işğal altındakı torpaqlar geri veriləcəksə o zaman biz istənilən yerə gedib, lazım olan müqaviləni imzalamağa hazırıq"-deyə M.Saakaşvili qeyd edib.

Xatırladaq ki, bir neçə gün bundan öncə D.Medvedev Şaakaşviliyə “O bir heçdir, əvvəl-axır hakimiyyətdən gedəcək və ortaya çıxacaq yeni liderlə əlaqə yaratmağa hazırıq"- deyə ismarıc göndərib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi