Modern.az

Azərbaycanda bu gündən karantin rejimi daha 14 gün UZADILDI

Azərbaycanda bu gündən karantin rejimi daha 14 gün UZADILDI

20 Aprel 2020, 09:54

Bu gündən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 4-nə kimi uzadılıb.

 

Modern.az-ın məlumatına görə,  karantin rejimin uzadılması ilə bağlı qərar aprelin 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilib.

 

 Belə ki, ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.

 

Bu baxımdan, xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. 

 

Rəsmi məlumata görə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir