Modern.az

Şəmkirdə arvadını öldürən kişi TƏSLİM OLDU

Şəmkirdə arvadını öldürən kişi TƏSLİM OLDU

Hadisə

20 Aprel 2020, 11:33

Şəmkir rayonunda arvadını öldürən kişi tutulub.

Modern.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovun bildirdiyinə görə, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək, həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verib və könüllü təslim olub.

Araşdırmalarla M.Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır