Modern.az

Azərbaycan diasporunun nümayəndələri aztəminatlı ailələrə yardım etdi

Azərbaycan diasporunun nümayəndələri aztəminatlı ailələrə yardım etdi

Diaspor

20 Aprel 2020, 15:10

Rusiyanın Voronej vilayətinin Kaşır rayonundakı Ryabçevo, Kolodeznoye və Dankov kəndlərində yaşayan 60-dan çox aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən xeyriyyə aksiyasını Voronej vilayətində fəaliyyət göstərən azərbaycanlı icması təşkil edib. “Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyətinin sədri Mehdi Mehdiyev bildirib ki, həftə ərzində aztəminatlı ailələrə və təqaüdçülərə zəruri məhsullardan ibarət ərzaq paketləri çatdırılıb. Kənd sakinləri diaspor üzvlərimizin bu nəcib addımını minnətdarlıqla qarşılayıblar.

 

Diaspor rəhbərinin sözlərinə görə, xeyriyyə aksiyası davam edəcək. Aksiya çərçivəsində vilayətdəki internat məktəblərinə və qocalar evlərinə də ərzaq yardımının edilməsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?