Modern.az

Pandemiyanın geosiyasi NƏTİCƏLƏRİ: ABŞ-Çin rəqabəti kəskinləşəcək

Pandemiyanın geosiyasi NƏTİCƏLƏRİ: ABŞ-Çin rəqabəti kəskinləşəcək

Analitika

20 Aprel 2020, 16:06

Koronavirus pandemiyası fonunda dünya ölkələri iqtisadiyyatlarını xilas etməklə vətəndaşlarının sağlamlığı arasında çətin seçim qarşısında qalıblar.

 

Modern.az xatırladır ki, pandemiya G20-yə (Böyük İyirmilik) daxil olan bütün ölkələrin iqtisadiyyatına əsaslı təsir göstərdi.

 

Çin koronavirusun təsirindən nisbətən tez çıxa bilsə də, ABŞ, Avropa Birliyi, Hindistan, Braziliya, Rusiya və Böyük Britaniya kimi böyük ölkələr hələ də virusun fəsadlarına qarşı mübarizə aparır.


Pandemiyanın doğurduğu iqtisadi böhran fonunda dünyanın geosiyasi xəritəsinin dəyişməsi barədə də tez-tez fikirlər səslənir. Onu hətta, Üçüncü Dünya Müharibəsi ilə müqayisə edirlər. 

 

Virusun vurduğu zərər hər kəsə dəysə də, onun nəticələrindən dünya gücləri öz məqsədləri üçün istifadə edə bilər. Dünyanın hazırkı geosiyasi situasiyasını dəyişmək, yaxud sabit saxlamaq uğrunda gedən oyunlar daha çox ABŞ-Çin arasında gizli və açıq formada müşahidə olunur.

 

Koronaviruslu xəstələrin sayının sürətlə 800 minə yaxınlaşdığı ABŞ-da iqtisadi çətinliklər, xüsusən işsizliyin rekord səviyyəsi müşahidə olunsa da, rəsmi Vaşinqton geosiyasi oyunlardan kənarda qalmır.

 

Venesuelaya təzyiqlər, İrana və Şimali Koreyaya qarşı sanksiyaların zəiflədilməməsi, Çinin koronavirusla bağlı gerçəkləri gizlətməkdə ittiham olunması və s. ABŞ-ın pandemiya şəraitində geosiyasi mənzərəni dəyişmək istəməməsindən xəbər verir.

 

Amma iqtisadiyyatı koronavirusdan çox zərər görmüş Amerika hazırda Çinin üzərinə tam əsasla gedə bilmir.

 

Sinqapur Milli Universitetinin professoru Kiçşor Maxbubani də ABŞ-Çin rəqabətinin kəskinləşəcəyini düşünür.

“Pandemiya qlobal iqtisadi inkişafın istiqamətini dəyişməyib. Amma baş verəcək dəyişikliklər sürtələnəcək. Söhbət ABŞ-a istiqamətlənmiş qloballaşmanın Çinə yönəlməsindsən gedir. Əgər ABŞ qlobal geosiyasi situasiyanı sabit saxlamaq istəyirsə, son 60 ildə güclənmiş Çinlə iqtisadi və siyasi rəqabəti davam etdirməlidir. Amma həyat səviyyəsi sürətlə pisləşən ölkələr sakinlərinin qeydinə qalmaq istəyirlərsə, onda Çinlə əməkdaşlıq vacibdir”.

 

Son onlillikdə iki ölkə arasında rəqabət kəskinləşsə də, koronavirus yeni reallıq yaradıb. Əksər zəifləşmiş iqtisadiyyatlar investisiyadan asılı vəziyyətdədir və məhz bu baxımdan Çinin investisiyalarına ehtiyac duyurlar. ABŞ-ın Çinin iqtisadi istilasının qarşısını almaq üçün kifayət qədər resursu yoxdur.

 

Rəsmi Pekin SSRİ-nin süqutundan sonra beynəlxalq aləmdə rəqib tanımayan Vaşinqtonla açıq mübarizədən uzun illər çəkinib. O son 20 il boyunca ciddi iqtisadi kapital topladıqdan sonra ABŞ-dan geri olduğu hərbi sahədə, xüsusən hərbi donanma quruculuğunda önəmli irəliləyişə nail olub. Artıq Çin yeni aviadaşıyıclar istehsalına başlayıb. 

 

Kooronavirusun doğurduğu böhranın nəticələri pandemiyanın davam edəcəyi müddətdən və ölkə liderlərinin yaranacaq yeni situasiuyada atacağı addımlardan çox asılı olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir