Modern.az

Neftin 1 barreli 11 dollara satılır - REKORD UCUZLAŞMA

Neftin 1 barreli 11 dollara satılır - REKORD UCUZLAŞMA

İqtisadiyyat

20 Aprel 2020, 16:30

ABŞ-da WTI markalı Texas neftinin qiyməti 61,39% ucuzlaşaraq 11,32 dollara düşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas nefti 1999-cu ildən ən aşağı qiymətə satılır. Buna neft anbarlarının dolması və “qara qızıl”a tələbatın kəskin azalması ilə bağlıdır.

 

Hazırda ABŞ-ın Kuşinq terminalında 55 milyon barrel neft ehtiyatı var. Anbarın maksimal tutumu 76 milyon barreldir və bu göstərici mayın ortalarında tamamlana bilər.

 

Brent markalı neft isə 7% dəyər itirib və 26,32 dollara düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı