Modern.az

Nəsibə Zeynalovanın ən yadda qalan obrazları – VİDEO

Nəsibə Zeynalovanın ən yadda qalan obrazları – VİDEO

Mədəni̇yyət

20 Aprel 2020, 18:31

Bu gün Azərbaycan səhnəsinin unudulmaz sənətkarı, xalq artisti Nəsibə Zeynalovanın 104-cü doğum günüdür.

 

Azərbaycan  Xalq artisti Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Professional fəaliyyətini teatrda başlayan aktrisa Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları ilə kino məşhurluğu da qazanıb.

 

Nəsibə Zeynalova 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974).

 

Modern.az unudulmaz akrisanın filmotoqrafiyasından ən məşhur səhnələri təqdim edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...