Qazaxıstan hökuməti karantin qaydalarını tədricən yumşaltmaq barədə qərar verib.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Əsgər Mamin açıqlama verib.
O, aprelin 20-dən Nur-Sultan və Alma-Atıda karantin qaydalarının sadələşdirildiyini xatırladıb. Baş nazir sənaye obyektlərinin, xidmət sahələrinin və bəzi tikinti işlərinin bərpa olunması barədə məlumat verib.