Modern.az

Neft bazarındakı ucuzlaşma müvəqqətidir - “Qara qızıl” yenidən BAHALAŞACAQ

Neft bazarındakı ucuzlaşma müvəqqətidir - “Qara qızıl” yenidən BAHALAŞACAQ

İqtisadiyyat

21 Aprel 2020, 11:23

Ötən gün neft bazarlarında “qara qızıl” gözlənilmədən ucuzlaşdı.

Modern.az xəbət verir ki, WTI markalı Amerika neftinin may ayı üçün satış qiyməti əvvəlcə, 0 dollar, daha sonra isə -38 dollar səviyyəsinə qədər gerilədi. Bu 1983-cü ildə birjada neft qiymətlərinin hesablandığı andan görünməmiş hadisə idi.

 

 

West Texas Intermediate (WTI) nefti may fyuçerslərində mənfi 37,63 dollar səviyyəsinə düşüb. Hyuston Universitetinin professoru Kreyq Pirronq baş verənləri “tarixdə görünməmiş  hadisə” adlandırıb.

 

Əslində “qara qızıl”ın may ayı üçün satışları aprelin 21-də başa çatırdı. Məhz bu vaxtın bitməsi qiymətlərin mənfi səviyyəyə enməsinə səbəb oldu. Qiymətlərin mənfi səviyyəyə enməsi satıcının alıcıya neftdən əlavə, pul ödənişi də etməsi deməkdir. Yəni o, pulu, may ayında isə nəzərdə tutulan nefti əldə edəcək. Bu zaman 1 müqavilənin satış həcmi min barrel səviyyəsindədir. İnvestor min barrellə yanaşı, mənfi 38 dollar səviyyəsində həm də 38 min dollar pul qazanır. Həmin neft mayın 1-dən 31-nə qədər ABŞ-ın Oklahoma ştatında yerləşən nəhəng Kuşinq neft terminalında gerçəkləşəcək.

 

 

Birjadakı statistika Texas neftinin 0 dollar səviyyəsində 2 mindən çox müqavilənin bağlandığını, mənfi 38 dollar səviyyəsində isə 40-a qədər müqavilənin bağlandığını fiksə edib. Yəni, neftin görünməmiş qiymətlərə satıldığı şəraitdə belə sövdələşmələr dayanmayıb.

 

WTI markalı nefti satan treyderlər onu Kuşinq terminalından götürməmək üçün bazarda istənilən qiymətə satmağa hazır idilər. Neftin mənfiyə düşməsi məhz bununla bağlıdır. Təklif tələbi dəfələrlə üstələdiyi halda neft anbarlarında boş yer qalmamışdı.

 

 

Ötən həftə Beynəlxalq Energetika Agentliyi dünyadakı neft anbarlarının 1,5-2 aya tam dolacağını proqnozlaşdırmışdı.

“Nefti saxlamaq üçün yer qalmayıb. Neft tankerlərindən ibarət donanma bütün istiqamətlərdə istifadə olunur. OPEK+ yenidən toplaşaraq istehsalın konservləşdirilməsi, yaxud azaldılması barədə yeni razılıq əldə edə bilər”-deyə BCS Global Markets-in baş analitiki Kiril Taçennikov açıqlama verib.

 

 

Amma  may fyuçerslərindən fərqli olaraq, iyun ayı üçün satılan WTI nefti 18% ucuzlaşaraq 1 barrel üçün 20,43 dollara satılır. Həmin ay üçün Brent nefti isə 9% dəyər itirərək 25,57 dollara qədər ucuzlaşıb.

 

Dünyanın əsas “qara qızıl” hasilatçılarının neft markaları Brent markalı neftlə bağlı olduğu üçün baş verən kəskin ucuzlşama onların satışına mənfi təsir etmir. Hazırda WTI markalı neftin ucuzlaşması ABŞ-ın qonşusu Kanadanın və qiyməti -2 dollara düşən Rusiyanın Ural neftinə təsir edib.
Dünənki enişdən sonra hazırda bazarda bahalaşma müşahidə olunur. WTI markalı neft may ayı üçün 1 barrelə 1,4 dollar, iyun üçün isə 21,33 dollar səviyyəsində satılır. Mayın 1-də OPEK+ razılaşmasının qüvvəyə minməsi ilə neftin yenidən bahalaşması gözlənilir.

 

Hazırda Azərbaycan nefti 1 barrel üçün 21,3 dollardır. Brent nefti isə 23,91 dollar səviyyəsində möhkəmlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir