Modern.az

Milli Məclis deputat Ramil Həsənlə bağlı AÇIQLAMA yaydı

Milli Məclis deputat Ramil Həsənlə bağlı AÇIQLAMA yaydı

21 Aprel 2020, 17:59

Koronavirus pandemiyası ilə əlaqədar Milli Məclisin plenar iclaslarında sanitariya normalarına riayət etmək üçün deputatları 2 metr məsafə ilə hər sırada 1 nəfər əyləşdirilməklə yerləşdirmək məcburiyyəti yaranıb. Milli Məclisin plenar iclas zalında bu qayda ilə 96 deputat yerləşə bilər.

 

Bu barədə Modern.az-a Milli Məclidin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, deputatların hamısını əyləşdirmək məqsədi ilə nisbətən cavan deputatlar qabaqcadan məlumatlandırılib ki, onlar zalda qonaqlar üçün nəzərdə tutulmuş yuxarı yerlərdə yerləşdiriləcəklər.

 

"Həmin yerlərdə deputatlara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılıb. Səsvermə isə əlqaldırma yolu ilə həyata keçirilir. Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilib.

 

Lakin bu günlərdə, bəzi kütləvi informasiya vasitələrində bu tədbirlə bağlı narazılığın yaranması haqqında məlumatlar yayılıb. Bu məlumat əsasən deputat Ramil Həsənin sosial şəbəkədə paylaşdığı fikirlərlə əlaqədərləndirilir.

 

Qeyd etmək lazımdır ki, deputat Ramil Həsənə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev tərəfindən bu tədbirin məcburi müvəqqəti xarakter daşıdığı izah edilib. Deputat Ramil Həsən buna anlayışla yanaşıb və o, bunun hər hansı deputata qarşı aşaqlayıcı münasibət olmadığını başa düşüb. Deputat Ramil Həsən Milli Məclisin Sədri tərəfindən tənbeh edilməyib və ona heç bir xəbərdarlıq edilməyib. Bəzi KİV-lərin bu məsələ ətrafında sensasiya yaratması həmin KİV-rə heç də başucalığı gətirmir. Bir daha kütləvi informasiya vasitələrinə sensasiya dalınca qaçmamağı və faktları olduğu kimi çatdırmağı tövsiyyə edirik", - deyə Milli Məclisdən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi