Modern.az

İlham Əliyev icra başçısına töhmət verdi

İlham Əliyev icra başçısına töhmət verdi

Ölkə

21 Aprel 2020, 18:17

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Qeyd edək ki, 41 yaşlı Nahid Bağırov bu il martın 5-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İcra başçısı təyinatına qədər o, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavini işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı