Modern.az

Dövlət adamlarının koronavirusla mübarizəyə ayırdığı ianə - SİYAHI

Dövlət adamlarının koronavirusla mübarizəyə ayırdığı ianə - SİYAHI

Ölkə

21 Aprel 2020, 19:47

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) ianələr davam edir.

İndiyədək Fonda 112 milyon 679 min 647 manat vəsait köçürülüb.

 

Bu məbləğin 20 milyon manatı Prezidentin Ehtiyat Fondundan köçürülüb. Qalan hissəsi isə hüquqi (3 125) və fiziki şəxslər (10 435) tərəfindən yardım edilib. Hüquqi şəxslərdən yığılan vəsaitin məbləği 85 milyon 331 min 373, fiziki şəxslərdən yığılan vəsait isə 7 milyon 7 min 741 manatdır.

 

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı sözügedən Fonda ianə edən fiziki şəxslər arasında dövlət və hökumət nümayəndələri, məmurlar, səfir və rektorlar da var. KMDF-yə ilk olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını köçürüblər.

 

Modern.az Fonda ianə etmiş məmurların adlarını və köçürdüyü vəsaitin miqdarını (manatla) təqdim edir:

 

  1. İlham Əliyev (Azərbaycan Respublikasının Prezidenti) - 126 900
  2. Mehriban Əliyeva (Azərbaycanın Birinci vitse-prezidenti) - 101 700
  3. Əli Əsədov (Baş Nazir) - 10 000
  4. Yaqub Eyyubov (Baş Nazirin müavini) - 9 000
  5. Məleykə Abbaszadə (Dövlət İmtahan Mərkəzinin sədri) - 8000
  6. Muxtar Babayev (Ekologiya və Təbii Sərvətlər naziri) - 5000
  7. Sahil Babayev (Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) - 3951
  8. Ceyhun Bayramov (Təhsil naziri) - 10 000
  9. Niyazi Bayramov (Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı) - 1000
  10. Mayis Bərxudarov (general-mayor) - 2030
  11. Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri) - 10 460
  12. Əli Əhmədov (Baş Nazirin müavini) - 2820
  13. Qəzənfər Əhmədov (ANAMA-nın direktoru) - 1700
  14. Əhməd Əhmədzadə (Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri) - 10 000
  15. Cəmil Əliyev (Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktoru) - 20 000
  16. Fərəh Əliyeva  (PA-nın Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri) - 500
  17. Natiq Əmirov  (Prezidentin köməkçisi - PA-nın İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri) - 10 000
  18. Abdin Fərzəliyev (Nərimanov rayon İcra Hakimiyyətinin başçısı) - 3000
  19. Eyvaz Hüseynov (Xocavənd rayon İcra Hakimiyyətinin başçısı) - 1500
  20. Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəisi) - 3000
  21. Səfər Mehdiyev (Dövlət Gömrük Komitəsinin sədri) - 10 000
  22. Müstəqim Məmmədov (Tərtər rayon İcra Hakimiyyətinin başçısı) - 2000
  23. Şahin Mustafayev (Baş Nazirin müavini) - 3090
  24. Polad Bülbüloğlu (Azərbaycanın Rusiyadakı səfiri) - 10 000
  25. Əbülfəs Qarayev (Mədəniyyət naziri) - 5000
  26. Ramin Quluzadə (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri) - 2327
  27. Ədalət Muradov - (ADİU-nun rektoru) - 2428
  28. Elmar Qasımov (BANM-nin rektoru) - 5000
  29. Mədət Quliyev (Müdafiə Sənayesi naziri) - 17 165
  30. Mübariz Qurbanlı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri) - 2500
  31. Cavid Qurbanov (Azərbaycan Dəmir Yolları QSC-nin sədri) - 10 000
  32. Elman Rüstəmov (Mərkəzi Bankın rəhbəri) - 6800
  33. Fərid Şəfiyev (BMTM-nin rəhbəri) - 1694
  34. Oqtay Şirəliyev (Səhiyyə naziri) -  10 000
  35. Elçin Babayev (BDU-nun rektoru) - 3500
  36. Gəray Gəraybəyli (ATU-nun rektoru) - 2000
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır