Modern.az

Diaspor təşkilatı Polşadakı azərbaycanlıları tək qoymur - FOTO

Diaspor təşkilatı Polşadakı azərbaycanlıları tək qoymur - FOTO

21 Aprel 2020, 23:54

Koronavirusun geniş yayıldığı ölkələrdən biri də Polşadır. Belə ki, ölkədə 9856 nəfər virus daşıyıcısı var. 401 nəfər isə mövcud pandemiya səbəbi ilə dünyasını dəyişib.

Maraqlıdır, Azərbaycanlıların həm iş həm də təhsil üçün müraciət etdiyi bu ölkədə vətəndaşlarımızla bağlı son vəziyyət necədir? Təxliyyə olunmaq istəyən və Polşada məcburi şəkildə qalan vətəndaşlarıımıza nə kimi yardım göstərilir?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın Polşadakı Diaspor təşkilatının rəhbəri Fərid Cəfərli bildirib ki, davamlı olaraq Diaspor Komitəsinə müraciətlər daxil olur və lazımı yardımları göstərilir.

 

Komitə sədri onu da deyir ki, kimin nə ehtiyacı varsa onlara müraciət etsin:

"Məlum olduğu kimi COVID-19 pandemiyası bir çox ölkələr kimi Polşadan da yan keçmədi. Bir çox iş yerləri, təhsil müəssisələri, hostellər, yataqxanalar fəaliyyətini dayandırdı. Bu səbəbdən də bəzi soydaşlarımız işsiz və evsiz qaldılar. Polşada fövqəladə vəziyyət elan olunduqdan sonra təşkilatımıza bu məzmunda müraciətlər daxil oldu. Müraciətlərin hər biri ilə tanış olub, həlli üçün lazımi addımları atırıq.
Bu müddət ərzində təşkilatımız tərəfindən 40 nəfər soydaşımıza ərzaq yardımı olunub və bu proses bu gün də davam etməkdədir.


Son 10 gündə isə 5 nəfərin 5-7 günlük hostel ödənişi, 2 nəfərin 1 aylıq hostel ödənişi, 2 nəfərin 1 aylıq qonaq evi ödənişi, 1 nəfərin evinin 1 aylıq kirayə haqqı, 3 nəfər tələbə soydaşımızın 1 aylıq yataqxana ödənişi qarşılanıb.


Bu işlərin həyata keçməsində bizə ən böyük dəstəyi göstərən, hər zaman yanımızda olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə həm Polşada yaşayan soydaşlarımız adından, həm də təşkilatımız adından təşəkkür edirəm.

Dəstək aksiyamız davam edir və Polşada yaşayan bütün həmyerlilərimizi aksiyaya qoşulmağa dəvət edirik.
Əgər vətəndaşlarımızın hər hansı bir çətinliyini varsa, bizə yazaraq bildirsinlər".

Komitə sədri Polşa Azərbaycanlıları Şurasının Əlaqə vasitələrini də qeyd edib:

E-mail: [email protected]

Koordinator: Malik bəy +48 791 957 945




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır