Modern.az

“Mən Akif Çovdarovam” -  MTN-in sabiq idarə rəisinin evində ilk açıqlaması - FOTO

“Mən Akif Çovdarovam” -  MTN-in sabiq idarə rəisinin evində ilk açıqlaması - FOTO

Hadisə

22 Aprel 2020, 01:11

Prezident İlham Əliyev tərəfindən  6 aprel 2020- ci ildə imzalanan əfv fərmanı ilə azadlığa buraxılan ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarov artıq evindədir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı əfvə düşən şəxslər bir neçə gün xüsusi karantin rejimində qalıb.

Modern.az xəbər verir ki, Gununsesi.org-un əməkdaşı  hazırda mənzilində olan Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda ilk fotosunu əldə edib.

“Uzun müddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi  qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” sualına Akif Çovdarov belə cavab verib: “Mən Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?