Modern.az

Almaniyada yaşayan vətəndaşlarımızdan XƏBƏR VAR

Almaniyada yaşayan vətəndaşlarımızdan XƏBƏR VAR

Diaspor

22 Aprel 2020, 14:34

Koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən biri də Almaniyadır. Belə ki, bu ölkədə 148 453 virusa yoluxan şəxs var, 5086 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.

 

Azərbaycanlıların iş və təhsil üçün müraciət etdiyi ölkələrdən olan Almaniyada vətəndaşlarımızın vəziyyəti ilə bağlı məlumatı Modern.az-a açıqlamasında Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev diqqətə çatdırıb:

 

“Aprel ayının 1-i Azərbaycana təxliyyə olunmaq üçün 9 nəfər vətəndaşımız bizə müraciət etdi. Onlar Almaniyaya bizneslə əlaqədar gələn şəxslərdir. Hazırda həmin vətəndaşlarımızı Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verərək Köln şəhərində yerləşdirmişik. Hələ ki, ayın sonuna kimi onlar Almaniyada qalacaqlar. Vətəndaşlarımızın səhhətində heç bir problem yoxur, onlara nə yardım lazım olsa, tərəfimizdən göstərilir”.

 

A.Ağayev vətəndaşlarımız arasında yeni yoluxma halının olmadığını deyir: 

 

“Almaniyada virusa yoluxan azərbaycanlılardan ATV kanalının əməkdaşı Şahin bəy idi ki, o da indi yaxşıdır. Şahin və qızı xaric hələ ki, Almaniyada koronavirusa yoluxan azərbaycanlı olmayıb. Burada yaşayan digər vətəndaşlarımızla da əlaqə saxlayırıq, onlar arasında Azərbaycana qayıtmaq istəyən yoxdur. Çünki hamı çalışdığı qədər karantin qaydalarına əməl edir, evdən çıxmamağa çalışır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır