Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlik edəcək bəzi deputatların adları müəyyənləşib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Nizami Səfərov, Azərbaycan-Amerika parlamentlərarası əlaqəlrə üzrə işçi qrupuna Səməd Seyidov, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Arzu Nağıyevin rəhbər seçiləcəyi gözlənilir
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə üzrə işçi qrupuna Azər Kərimli, Azərbaycan- Fransa parlamentlərarası əlaqələr üzrə üzrə işçi qrupuna Soltan Məmmədov, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə üzrə işçi qrupuna Əhliman Əmiraslanov, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə üzrə işçi qrupuna Rüfət Quliyevin rəhbərlik edəcəyi gözlənilir.
Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna isə Etibar Əliyev sədrlik edəcək.
Qeyd edək ki, müvafiq məsələ Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.