Modern.az

Koronavirusa heykəl qoyulsun - MODERN.AZ-DAN TƏKLİF

Koronavirusa heykəl qoyulsun - MODERN.AZ-DAN TƏKLİF

Ölkə

23 Aprel 2020, 01:10

İndi bütün dünyanı birləşdirən bir “dəyər” peyda olub. Avropid, neqroid, monqoloid tanımadan bütün irqlərə qənim kəsilən və gözə görünməyən düşmən - KORONAVİRUS.


Biz virusu ancaq xəstə uşaqlarda, ağrı çəkən ahıllarda və gününü-gününə qatan həkimlərin yorğun timsalında görürük.


Zahirən gözəgörünməz olmağı seçərək bəlkə də yerli camaatın dili ilə desək, bu “taclı xanım” öz siması ilə deyil, adı və törətdiyi fəlakətlərlə yadda qalmaq istəyir. Amma insan xislətində var, yüz dəfə eşitməkdənsə, bir dəfə görməyi üstün tuturuq biz. Elə buna görə də virusun unudulmaması üçün onun əyaniləşdirilməsi, mücərrədlikdən konkretliyə dönüşməsi lazımdır. Çünki qeyd etdiyimiz kimi, virusun fəsadlarını görürük düzdür, amma bir müddət sonra nəticələr aradan qalxandan sonra  gəlin etiraf edək ki, koronavirusu da unudacağıq, bir çox şeyi unutduğumuz kimi…

Elə buna görə də unutmamaq üçün, əslində nə ilə mübarizə apardığımızı yaddan çıxarmamaq üçün və bəlkə də xəstəlik üzərində ən böyük qələbəmizi həmişə xatırlamaq üçün koronavirusa heykəl qoyulması yaxşı olmazdımı?

Təklif kimsəyə qəribə gəlməsin. Çünki ancaq uğurlu hadisələrə, dahi şəxsiyyətlərə qoyulan heykəl və büstlərlə zəngin deyil bu gəzəyən. Əksər müsbət tarixi hadisə və varlığı ilə yaxşı mənada iz buraxan şəxslərdən başqa, mənfi obrazlara da heykəl qoyub unutmayanlar var.

Həmin nümunələrdən bəzilərini sizə təqdim edək:

- İspaniyanın Seqoviya şəhərində demək olar ki, bütün dünya tərəfindən qəbul olunan iblisə-Şeytana heykəl qoyulub;

- Yaponiyanın paytaxtı Tokioda isə Yasukini adlı məbəddə müharibədə ölən  2.5 milyon əsgərin adı yazılıb və məbəd müharibənin ağrı-acısını insanların hiss etməsi, unutmamamsı üçün qurulub;

- Xristofor Kolumbun şərəfinə qoyulan heykəli isə hindular davamlı olaraq mundarlayıb, bu hərəkətlərindən zövq alırlar;

- Rusiyada da  “Petya” adlı kompüter virusuna heykəl qoyulub;

Bu siyahını uzatmaq və başqa əlavələr də etmək mümkündür. Amma sadalanan nümunələr təklifin qeyri-adi qarşılanmaması üçündür, necə deyərlər var olanı xatırlatmaq və göz önünə gətirmək üçün.

Qeyd etdiyimiz ki, görməsək və danışmasaq, virusla savaşımız-qələbəmiz də unudulacaq, unudulmuş bir çox savaşlar kimi…


Buna görə də mətbuat olaraq bütün sivilizasiyaya qənim kəsələn koronavirusa heykəl qoyulmasını təklif edir və acı ilə başlayıb sevinclə bitəcək olan bu müharibənin unudulmamasını istəyirik…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü