Arxiv
30 Aprel 2012, 13:05 | REPORTAJ
Azərbaycanın sabiq rəhbəri Vəzirov 22 il sonra – FOTOLAR


Modern.az
saytı 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov barədə ən yeni xəbəri oxuculara təqdim edir.
Əməkdaşımızın məlumatına görə, hazırda Moskvada olan 82 yaşlı Vəzirov xarici görünüşcə gümrah təsiri bağışlayır. 

Əbdürrəhman Vəzirov aprelin 29-da Moskvadakı Milllətlər evində “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti tərəfindən keçirilən tədbirdə iştirak edib. Bu, uzun illərdir Moskvada yaşayan tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təkmilləşdirilmiş təkrar nəşrinin təqdimat mərasimi olub.
Risiyadakı Azərbaycan diaspor təşkilatlarının, ictimai fəalların qatıldığı tədbirdə Əbdürrəhman Vəzirov da iştirakı bəziləri üçün gözlənilməz olub.

Tədbirdə yaxşı əhval-ruhiyyədə olan Vəzirov jurnalistə hər hansı açıqlama verməkdən imtina edib. Azərbaycanın keçmiş rəhbəri çox kəskin şəkildə bundan sonra kimsəyə müsahibə vermək fikrində olmadığını vurğulayıb.

Əhvalı yerində olan Ə.Vəzirov yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təqdimatından sonra təşkil olunan furşetə qatılıb, qonaqlarla ünsiyyətdə olub, deyib-gülüb.

26 may 1930-cu ildə duğulan Əbdürrəhman Vəzirov vaxtilə Azərbaycan komsomoluna rəhbərlik edib, Azərbaycan KP MK-nın katibi, keçmiş Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi işləyib. Sonra SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri işləyib.
1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək isə o, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
20 yanvar qırğınından sonra Ə.Vəzirov xalqın tələbi ilə vəzifəsini tərk edərək Moskvaya gedib. O, 20 yanvar qırğının təqsirkarlarından biri sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.

Hazırda Moskvada yaşayan Ə.Vəzirovun 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi Vəzirov İlham Əliyevə həmin müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini yazmışdı.

Modern.az saytı 82 yaşlı Əbdürrəhman Vəzrovun bir gün öncə Moskvadakı tədbirdə iştirakı zamanı çəkilən fotolarını təqdim edir.



Adəm Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar 30 May 2020, 16:47 Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb - Faktiki hava 30 May 2020, 16:40 Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO 30 May 2020, 16:33 Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı 30 May 2020, 16:25 “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanıldı - FOTO 30 May 2020, 16:17 Tural Gəncəliyevdən kanadalı həmkarına ETİRAZ 30 May 2020, 16:10 Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir   30 May 2020, 16:02 Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir 30 May 2020, 15:55 Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59 Köçkünlərin mənzil-məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir - Çingiz Qənizadə 30 May 2020, 14:52 Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüş vaxtı AÇIQLANDI 30 May 2020, 14:38 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:30 İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib   30 May 2020, 14:22 Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək 30 May 2020, 14:15 Sürücülərin nəzərinə - paytaxtın bu küçəsində təmir gedir   30 May 2020, 14:07 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53 Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama 30 May 2020, 12:45