Modern.az

Masallıda dəhşət, 9 yaşlı uşaq qəbir daşının altında qalıb öldü

Masallıda dəhşət, 9 yaşlı uşaq qəbir daşının altında qalıb öldü

23 Aprel 2020, 09:42

Masallı rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.

 

Kənd sakini, 2011-ci il təvəllüdlü Əhəd Səmədov yaxınlıqdakı qəbiristanlıqda oynayarkən qəbir daşlarından biri uşağın üzərinə aşıb. Hadisə nəticəsində uşaq daşın altında qalıb ölüb.

 

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir