Modern.az

Azərbaycan bu ölkədən 1 milyard dollara NEFT ALIB

Azərbaycan bu ölkədən 1 milyard dollara NEFT ALIB

23 Aprel 2020, 09:59

2019-ci ildə Rusiya neftini ən çox alan şirkətlərin adı açıqlanıb.

 

Modern.az Rusiyanın “Forbes” jurnalına istinadən xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Trading” şirkəti də var.

 

Ötən il “SOCAR Trading” 2,2 milyon barrel həcmində Rusiya nefti almaqla bu göstəriciyə görə 18-ci şirkət sayılıb. Azərbaycan şirkəti “qara qızıl” üçün Rusiya tərəfinə 1,1 milyard dollar ödəniş edib.

 

“SOCAR Trading” Rusiya neftini 1 barrel üçün ortalama 63,4 dollara satın alıb. Siyahının ilk pilləsində 39,7 milyon barrel neft alan "China National United Oil Corporation" şirkəti dayanır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır